• 5 Oktyabr 2022
logo
Əfqanıstan Rusiyadan neft alıb, kişmiş verəcək

Əfqanıstan Rusiyadan neft alıb, kişmiş verəcək

Kabil Rusiyadan neft məhsulları tədarükü müqabilində Moskvaya ölkədə hasil edilən minerallar, həmçinin kişmiş və dərman bitkiləri təklif edə bilər.
Bu barədə ölkənin sənaye və ticarət naziri Nuriddin Əzizi deyib.
"Hazırkı Əfqanıstan hökuməti bütün ölkənin ərazisinə nəzarət edir, vəziyyət təhlükəsizdir. Əfqanıstan tarixən Rusiyaya böyük həcmdə kişmiş tədarük edib. Biz Rusiyaya yüzlərlə ton belə məhsul verə bilərik. Məsələn, dərman bitkilərinin qiymətləri indi çox yüksəkdir və Rusiyanın dərman üçün belə xammala ehtiyacı var. Biz barter ticarətindən istifadə edə bilərik. Çinlə etdiyimiz kimi, Rusiya zavodlarını xammalla təmin edə bilərik”, - nazir bildirib.