• 27 Sentyabr 2022
logo
"Qarabağda başlayan quruculuq işlərini böyük qürur və ruh yüksəkliyi ilə izləyirik"

"Qarabağda başlayan quruculuq işlərini böyük qürur və ruh yüksəkliyi ilə izləyirik"

İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpası üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Qəsəbədə onlarla ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Hazırda, minalardan təmizlənmiş bir çox kəndlərdə və rayon mərkəzlərində bərpa işləri başlayıb.
Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: «Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır. Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq».
YAP Siyəzən Rayon Təşkilatının sədri Samir Baxşiyev "Xalq Cəbhəsi"nə bildirib ki, tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərdən iki ilə yaxın bir müddətin keçməsinə baxmayaraq dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlər həyata keçirilir. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz evlərinə qayıtmalarını nəzərdə tutan Böyük Qayıdışın reallığa çevrilməsi məqsədilə infrastruktur layihələri icra edilməkdədir. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük qürur və ruh yüksəkliyi ilə izləyir. Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Məhz bunun nəticəsidir ki, qısa zaman içərisində həmin ərazilərimizdə inanılmaz işlər görülüb. Belə ki, Azərbaycan dövləti tərəfindən avtomobil və dəmir yolları, tunellər və körpülər inşa edilir, elektrik, qaz və su xətləri çəkilir, yeni hava limanları tikilir. Bölgənin müasir şəhərsalma konsepsiyası əsasında ən mütərəqqi innovasiyaların tətbiqi ilə yenidən qurulması və eyni zamanda azad edilmiş ərazilərdə kifayət qədər alternativ enerji mənbələrinin mövcudluğunu nəzərə alaraq oranın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət daşıyır.
Belə ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla bölgənin şəhər və kəndləri “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması istiqamətində işlər aparılır. “Ağıllı kənd” layihəsi çərçivəsində yeni texnologiyaların tətbiqi nəticəsində həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradılacaq və Qarabağ regionu texnoloji mərkəz kimi cəlbediciliyini artıracaqdır. Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin reallaşdırılması istər şəhər, istərsə də kənd əhalisinin qarşılaşdığı əsas problemlərin həllinə və xüsusilə də kənd ərazilərində yeni iqtisadi imkanların yaradılmasına öz müsbət təsirini göstərəcəkdir. Sevindirici haldır ki, artıq Qarabağda birinci pilot layihə olan Zəngilan rayonunun 3 kəndini birləşdirən Ağıllı kənd layihəsi uğurla başa çatdırılmış və soydaşlarımızın buraya köçürülməsi ilə qayıdışın ilk addımları atılıb:
"Qeyd etməliyik ki, düşməndən təmizlənən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların eyni səviyyədə dirçəldilməsi nəzərdə tutulur. Bunun üçün bütün işlərin vahid proqram əsasında gerçəkləşdirilməsi diqqət mərkəzində saxlanılır. Avqust ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı ölkə başçımız işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı işlərdən söhbət açaraq bildirmişdir ki, bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır və bu işlərin aparılması dövlətimizin qarşısında duran ən əsas vəzifələrdən biridir. Cənab Prezident xüsusilə Qarabağın dağlıq hissəsi ilə Ermənistan arasında nəqliyyat əlaqəsinin yaradılması məqsədilə inşa edilmiş və Laçın şəhərindən keçən yola alternativ olacaq 32 kilometrlik müasir tələblər səviyyəsində çəkilmiş yeni yolun əhəmiyyətindən də bəhs edərək bildirib ki, məhz bu yolun istifadəyə verilməsindən sonra üçtərəfli Bəyanata uyğun olaraq Laçın şəhəri Rusiya sülhməramlıları tərəfindən boşaldılacaq və Azərbaycana təhvil veriləcəkdir. İnanırıq ki, azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkəmizin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq və ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəkdir. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün də yeni imkanlar yaranacaqdır".
Cavid