• 24 Aprel 2024
logo
Ukrayna rus neftinin nəqlini dayandırdı

Ukrayna rus neftinin nəqlini dayandırdı

Avqustun 4-dən etibarən Ukraynanın “Ukrtransnafta” şirkəti Rusiya neftinin “Drujba” neft kəməri vasitəsilə Macarıstan, Çexiya və Slovakiyaya nəqlini dayandırıb. Çünki Rusiya tərəfi Aİ sanksiyaları səbəbindən tranzit üçün ödəniş edə bilmir.
Bunu Rusiyanın “Transneft” şirkətinin prezidentinin müşaviri İqor Demin deyib.
“Ukrayna tərəfi 100% ilkin ödəniş şərtləri ilə neft nəqli xidmətləri göstərir. Lakin Ukrayna ərazisindən tranzit üçün ödəniş edərkən, vəsait “Transneft”in hesabına qaytarılıb. Ödənişləri həyata keçirən "Qazprombank" bizə ödənişin Aİ qaydalarının, yəni yeddinci sanksiyalar paketinin tətbiqi ilə əlaqədar geri qaytarıldığını bildirdi”, - Demin bildirib.