• 20 Aprel 2024
logo
Bu ölkələr Rusiyadan gizlin neft alır

Bu ölkələr Rusiyadan gizlin neft alır

Avropanın cənub və Aralıq dənizi regionunda yerləşən ölkələri gizli şəkildə Rusiya neftini alırlar. Bununla da Rusiya neftinə olan tələbat artıb.
Bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata əsasən, ötən həftə Rusiyadan İtaliya limanlarına xam neft çatdırılması son 7 həftə ərzində ən yüksək səviyyəyə çatıb. İspaniyanın aprel ayından bu günədək ilk dəfə rus neft markası olan “Urals”ı aldığı bildirilir. Rusiyadan neft alışını artıran ölkələr sırasında Yunanıstan, Bolqarıstan və Rumıniya da var.
Ümumiyyətlə, təxmin edilir ki, bu qədər artan tələbat fonunda gün ərzində Rusiya Avropaya 1 milyon 380 min barrell neft tədarük edir. Bu isə son 5 həftə üçün ən yüksək göstərici olsa da, Ukrayna müharibəsindən əvvəlki dövrə nisbətən çox azdır.