• 19 Oktyabr 2021
logo
Mərkəzi Bankda depozit hərracı: 678,9 milyon manat cəlb edilib

Mərkəzi Bankda depozit hərracı: 678,9 milyon manat cəlb edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən bildirilib ki, yanvarın 8-də Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 678,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz olub.