• 27 İyul 2024
logo
Azərbaycanı “Türk axını” ilə bağlı mərasimdə Energetika naziri Pərviz Şahbazov təmsil edir

Azərbaycanı “Türk axını” ilə bağlı mərasimdə Energetika naziri Pərviz Şahbazov təmsil edir

Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz kəmərinin açılış mərasimində iştirak məqsədilə Türkiyəyə səfər edib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.

Bu gün İstanbulda keçirilən mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də qatılacaq.

“Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Turk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd.m3-dir.