• 21 Aprel 2025
logo
Bu ilin qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib

Bu ilin qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib

2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Dünən artıq proqramın icrası tam yerinə yetirilib və sonuncu yaşayış məntəqəsi – Goranboy rayonunun Goran qəsəbəsinə qaz açılışı təmin olunub. Beləliklə, bu ilin qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Baş direktor məlumat verib ki, Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub: "Qazlaşma proqramı 4607 fərdi evi əhatə edir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanıb. Digər massivlərdə qazlaşma işləri 2020-ci ilin 1-ci rübündə yekunlaşacaq. Bununla da ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb. Müqayisə üçün Azərbaycanda qazlaşma səviyyəsi 01.01.2010-cu il tarixə olan məlumata görə 62,2% təşkil edirdi. Hazırda bu göstəricidə 33,8 % artım var".

Qeyd edilib ki, çoxmərtəbəli binaların istismara qəbulu sahəsində də ciddi addımlar atılıb. 2019-cu ilin 11 ayında 340 binaya qaz verilişi icra olunub.