Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lorens Mereditlə görüşüb.
Nazir bu barədə “Twitter“ hesabında yazıb.
O qeyd edib ki, görüşdə Avropa İttifaqı ilə əməkdaşlıq, investisiyaların müəyyənləşdirilməsi sahəsində işçi qrupunun yaradılması, özəl və dövlət sektorlarında sərmayə imkanları və potensial layihələr barədə müzakirələr aparılıb.
Lorens Meredit isə "Twitter"də bildirib ki, Azərbaycan və Avropa Komissiyası rəsmiləri Aİ-nin İqtisadiyyat və İnvestisiya Planını müzakirə edəcək: "Avropa İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə ambisiyalı İqtisadiyyat və İnvestisya Planını hökumətlə müzakirə etmək və yerində əhəmiyyətli nəticələrə nail olmaq üçün bu həftə Bakıda olmağa şadam”.