• 19 Aprel 2025
logo
Gələn il daha çox mexaniki sayğacların quraşdırılmasına üstünlük veriləcək

Gələn il daha çox mexaniki sayğacların quraşdırılmasına üstünlük veriləcək

Bu il respublika üzrə təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 262 min 242-yə çatıb. Onlardan 1 milyon 234 mini smart sayğacdan istifadə edir. Gələn il abonent sayının 112 min artacağı gözlənilir.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 29-da ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

R.Əliyev qeyd edib ki, 2020-ci ildə daha çox mexaniki sayğacların quraşdırılmasına üstünlük veriləcək.