• 25 Noyabr 2020
logo
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 27-də 69,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,13 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,37 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.