• 4 İyul 2025
logo
Pərviz Şahbazov OPEC-in baş katibinin vəfatı ilə bağlı paylaşım edib

Pərviz Şahbazov OPEC-in baş katibinin vəfatı ilə bağlı paylaşım edib

“Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum M.S.Barkindonun vəfatı məni çox kədərləndirdi”.
Bu barədə Azərbaycanən energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.
“Onun tərcümeyi-halı OPEC-in tarixçəsi oldu. OPEC ilə həmyaşıd olması, təşkilatın intibahının onun Baş katibliyi illərinə təsadüf etməsi, OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi. Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo bu gecə 63 yaşında Nigeriyada vəfat edib.