• 2 Dekabr 2020
logo
Qeyri-neft sektoru üzrə ixrac 16 faiz artıb

Qeyri-neft sektoru üzrə ixrac 16 faiz artıb

2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon dollar və ya 2 faiz artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında bildirilir.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 milyon dollar və ya 16 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 milyon, Türkiyəyə 363,3 milyon, İsveçrəyə 164 milyon, Gürcüstana 150,6 milyon və Ukraynaya 46,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 13 faiz, İsveçrəyə 33 faiz, Gürcüstana 29 faiz və Ukraynaya 27 faiz artıb.