• 26 Yanvar 2021
logo
Nazir: TANAP layihəsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir

Nazir: TANAP layihəsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir

Trans-Anadolu boru kəməri (TANAP) Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir.

Bunu ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava deyib.

Nazir bildirib ki, bu layihə Gürcüstana böyük fayda gətirəcək: "Layihə təkcə ölkəmizin enerji təhlükəsizliyini artıracaq əsrin regional layihəsi olduğu üçün deyil, həm də Gürcüstana böyük fayda gətirəcəyi üçün vacibdir”.

N.Turnavanın sözlərinə görə, əgər bu gün qaz kəməri ilə altı milyard kubmetrdən çox qaz nəql olunursa, kəmərin genişləndirilməsi sayəsində qaz həcmi dörd dəfə artacaq:

"Bunun nəticəsində yaxın illərdə tranzit dəhliz qismində əldə edəcəyimiz ödənişlər sözsüz ki, artacaq".