• 29 Mart 2024
logo
Gürcüstan Rusiyaya gedən yük maşınlarına Azərbaycandan keçməyi təklif edib

Gürcüstan Rusiyaya gedən yük maşınlarına Azərbaycandan keçməyi təklif edib

Gürcüstan Kazbeki sərhəd-keçid məntəqəsinin bağlanması ilə əlaqədar Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələrinin sahiblərinə Azərbaycan ərazisindən istifadə etməyi təklif edib.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya Federasiyasına gedən avtonəqliyyat vasitələri Sınıq Körpü və Laqodexi gömrük-keçid məntəqələrindən istifadə edərək sərhədkeçmə prosedurlarını həyata keçirə bilər.
Qeyd edək ki, Dariyal dərəsindəki mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar Kazbegi gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.
Güclü yağışlar nəticəsində baş vermiş daşqın Gürcüstan və Rusiyanı birləşdirən beynəlxalq yolun Rusiya Federasiyası ilə sərhədə yaxın hissəsini zədələyib.
“Hava şəraiti yaxşılaşdıqdan və təmir-bərpa işləri başa çatdıqdan sonra Kazbeki gömrük-keçid məntəqəsi tam gücü ilə fəaliyyətini davam etdirəcək”, - deyə nazirliyin məlumatında bildirilib.