• 12 Avqust 2022
logo
Azərbaycan-Türkiyə-Qazaxıstan arasında razılaşdırılmış tarif siyasətinə keçilə bilər

Azərbaycan-Türkiyə-Qazaxıstan arasında razılaşdırılmış tarif siyasətinə keçilə bilər

Azərbaycan, Türkiyə və Qazaxıstan arasında razılaşdırılmış tarif siyasətinə keçilməsi müzakirə edilir.
Bu barədə Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin bu gün imzaladığı Bakı Bəyannaməsində qeyd olunub.
Bəyannamədə bildirilib ki, Orta Dəhliz marşrutunun nəqliyyat potensialının artırılması üçün razılaşdırılmış qarşılıqlı faydalı tarif siyasətinin aparılması vacibdir.
Vurğulanıb ki, dəhlizin kommersiyalaşdırılması və bütün Orta Dəhliz ölkələrinin əraziləri vasitəsilə tranzit daşımaların asanlaşdırılması yolu ilə əldə edilən faydaları maksimuma çatdırmaq üçün birgə səylər əhəmiyyətlidir.