• 19 Aprel 2025
logo
"Azneft"ə baş direktor təyin edilib

"Azneft"ə baş direktor təyin edilib

SOCAR-ın "Azneft" İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.

"Azneft"dən verilən məlumata görə, İB-nin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin rəisi Şahmar Hüseynov "Azneft"in baş direktoru vəzifəsinə təyin edilib.

Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib. Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib.