• 19 Aprel 2024
logo
Rumıniyalı nazir: "Azərbaycanla bir sıra sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik"

Rumıniyalı nazir: "Azərbaycanla bir sıra sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik"

"İstəyirik ki, Azərbaycanla tək energetika sahəsində deyil, digər sahələrdə də münasibətləri quraq".
Bunu Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı, sosial xidmət, təhsil sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindədilər:
"Bu gün bir sıra Rumıniya şirkətləri Azərbaycana sərmayə qoyurlar, eləcə də Azərbaycan şirkətləri Rumıniyada enerji sektoruna investisiya yatırırlar. İstər energetika, istərsə də digər sahələrdə investisiya qoyuluşu qoymaq üçün geniş imkanlar var".