• 11 Noyabr 2024
logo
Bu il Azərbaycanda gənc fermerlər üçün 400 treninq keçirilib

Bu il Azərbaycanda gənc fermerlər üçün 400 treninq keçirilib

2019-cu ildə gənc fermerlərə dəstək layihəsi çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi 21 rayonda 400 müxtəlif treninq keçirib.

Trend-in məlumatına görə, bunu Agentliyin sədri Mirzə Əliyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

O bildirib ki, treninqlər çərçivəsində 15 gənc fermerə 225 min manat kredit verilib.

M.Əliyev əlavə edib ki, Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) Akademiyasının yay məktəbində 2019-cu ildə 25 rayondan gənclər iştirak edib.