• 25 Noyabr 2020
logo
Gələn ildən fermerlərə subsidiyalar elektron sistem vasitəsilə veriləcək

Gələn ildən fermerlərə subsidiyalar elektron sistem vasitəsilə veriləcək

Aqrar Kredit və İnkişaf Agentliyi Yeni il bayramından dərhal sonra subsidiyalarla bağlı müraciətləri qəbul etməyə hazırdır.

Bunu Agentliyin sədri Mirzə Əliyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

O bildirib ki, bu il Agentliyin aqrar sahənin dəstəklənməsi üzrə səlahiyyətləri genişlənib. Ötən ilin sonunda imzalanmış fərmana əsasən bu ilin yanvarından kənd təsərrüfatı istehsalı vasitələrinə dövlət güzəştləri də Agentlik tərəfindən ödənilməyə başlanıb: "İndi rəqəmləri və faktları qarşılaşdıranda görürük ki, bu tapşırığın öhdəsindən gələ bilərik. Qarşıdan gələn ildə fəaliyyətimizin genişlənməyini gözləyirik".

M.Əliyev onu da əlav edib ki, 2020-ci ildən başlayaraq fermerlərə subsidiyalar EKTİS Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə veriləcək: "Qeydiyyata alınan 440 413 fermerdən yarıdan çoxu - 291 533 nəfəri payız səpinləri barədə məlumatları doldurub".