• 25 Aprel 2025
logo
Elxan Mikayılov: Qida Təhlükəsizliyi Agentliyi ixracatçılara təmənnasız dəstək göstərəcək

Elxan Mikayılov: Qida Təhlükəsizliyi Agentliyi ixracatçılara təmənnasız dəstək göstərəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixracatçılara təmənnasız dəstək göstərəcək.

Bunu AQTA sədrinin müşaviri Elxan Mikayılov “ixracatçılara dəstək” layihəs çərçivəsində sahibkarlarla görüş zamanı deyib.

Onun sözlərinə görə, dəstək konsaltinq xidmətləri, eləcə də qrant və kreditlər vasitəsilə göstəriləcək:

“Biz xərclərin bir hissəsini müvafiq dövlət strukturlarının resurslarından istifadə etməklə ixrac tələblərinin icra olunmasına yönəldəcəyik”.

E.Mikayılov bildirib ki, növbəti mərhələ potensial alıcıların axtarışı olacaq:

“Bu istiqamətdə artıq danışıqlar aparılır və bu sahədə də agentlik tərəfindən zəruri dəstək göstəriləcək. Sahibkarların iştirakı ilə beynəlxalq sərgilərdə məhsulların təqdimatı keçiriləcək, eləcə də beynəlxalq standartlara sertifikatlar veriləcək”.