• 4 Oktyabr 2024
logo
Emin Əmrullayev: “Təhsil müəssisəsi açıb qısa zamanda küllü miqdarda pul qazanmaq mümkün deyil”

Emin Əmrullayev: “Təhsil müəssisəsi açıb qısa zamanda küllü miqdarda pul qazanmaq mümkün deyil”

"Formal təhsil sahəsi, istər ümumtəhsil məktəbinin, istərsə də ali təhsil müəssisələrinin açılması, onların biznes olaraq gəlirli, mənfəətli fəaliyyət göstərməsi kifayət qədər kapitalyönümlü istiqamət və investisiya tələb edən sahədir".
Bunu "Təhsil biznesi problem və perspektivlər" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu sahədə geriyəqayıdış müəyyən mənada zaman alır.
"Yəni təhsil müəssisəsi açıb qısa zamanda küllü miqdarda pul qazanmaq mümkün deyil. Azərbaycanda təhsil biznesinin, xüsusilə formal təhsil biznesinin qısa müddət ərzində mənfəətli olmaması biznes prosesinin təklif baxımından ən ciddi problemlərindən biridir", - deyə nazir qeyd edib.