• 20 Aprel 2024
logo
Bolqarıstan Azərbaycandan 1 mlrd. kubmetr qaz almağa hazırlaşır

Bolqarıstan Azərbaycandan 1 mlrd. kubmetr qaz almağa hazırlaşır

Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr təbii qaz almağa hazırlaşır.
Bu barədə Yunanıstanın Türkiyədəki səfirliyi “Twitter“də paylaşım edib.
Səfirlik həmçinin, Bolqarıstan və Yunanıstan arasında qaz axının iyulun 1-dən fəaliyyətə başlayacağını qeyd edib.
“Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr qaz almağa hazırlaşır. Bu həcm yay aylarında ölkənin tələbatını ödəməyə kifayət edəcək. Qiymətlərin Rusiyadan daha aşağı olacağını gözləyirik”, - paylaşımda deyilir.