“Neftin qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, neftin qiymətinin aşağı götürülməsi siyasəti bundan sonra da davam etdiirləcək: "Biz bununla sığortalana bilərik".