• 15 Oktyabr 2024
logo
Azərbaycanda müştərilərə verilmiş kreditlər 1 mlrd. 181,3 milyon manat artıb

Azərbaycanda müştərilərə verilmiş kreditlər 1 mlrd. 181,3 milyon manat artıb

2022-ci ilin aprel ayında bank sektorunun kredit portfeli 312,2 milyon manat artaraq 17 milyard 840,4 milyon manata çatıb. Martın sonunda sektorun kredit portfeli 17 milyard 528,2 milyon manat təşkil etmişdi.
Mərkəzi Bank xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə müştərilərə verilmiş cəmi kreditlər 1 milyard 181,3 milyon manat artıb.
Mart ayının sonu ilə müqayisədə apreldə bank sektorunun biznes kreditləri portfeli 146 milyon manat artaraq 10 milyard 328,3 milyon manata, istehlak kreditləri portfeli 109,3 milyon manat artaraq 4 milyard 940,6 milyon manata, ipoteka kreditləri portfeli isə 56,9 milyon manat artaraq 2 milyard 571,5 milyon manata çatıb.
Apreldə istehlak və ipoteka kreditləri birlikdə 166,2 milyon manat artıb.