• 19 Aprel 2024
logo
Azərbaycana dərmanların idxalı ötən ay artıb

Azərbaycana dərmanların idxalı ötən ay artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 213 736,25 min ABŞ dolları dəyərində 10 505,54 ton əczaçılıq məhsulları idxal olunub.
2021-ci il ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 33,9%, həcmi isə 23,8% atıb.
Bu ilin aprel ayında ölkəyə 50 366,68 min. dollar dəyərində 3 049,72 ton sözügedən məhsullar idxal edilib ki, bu da mart ayı ilə müqayisədə dəyər ifadəsində 14,8%, həcm ifadəsində isə 10,7% çoxdur.
Qeyd edək ki, bu ilin ilk dörd ayında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,29%-nə bərabər olub.