• 30 Noyabr 2020
logo
"ASAN Xidmət" xaricdə vətəndaşlara hüquqi xidmətlər göstərəcək

"ASAN Xidmət" xaricdə vətəndaşlara hüquqi xidmətlər göstərəcək

Azəbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış saziş üzərində iş aparılır.

Bunu Azəbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 35 milyonuncu müraciətlə əlaqədar tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu saziş xaricdə yaşayan Azərbaycan vətəndaşlarına zəruri hüquqi xidmətlərin göstərilməsini nəzərdə tutur:

“Diasporla İş üzrə Dövlət Komitəsi təqdim etdiyi Azərbaycan vətəndaşlarının yaşadığı ölkələrin siyahısına əsasən hüquqi xidmətlər göstəriləcək. Bildiyiniz kimi, daha çox azərbaycanlı Türkiyə və Rusiyada yaşayır, ona görə də xidmətlərin göstərilməsi ilk növbədə bu ölkələrdən başlayacaq”.