• 27 Noyabr 2020
logo
Yeddi il ərzində “ASAN Xidmət” mərkəzlərinə 35 milyon dəfə müraciət edilib

Yeddi il ərzində “ASAN Xidmət” mərkəzlərinə 35 milyon dəfə müraciət edilib

“ASAN Xidmət” mərkəzlərində vətəndaşların 35 milyon müraciəti qeydə alınıb.

Bunu Azəbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 35 milyonuncu müraciətlə əlaqədar tədbir zamanı deyib.

Onun sözlərinə görə, 35 milyonuncu müraciət Ziya İslamov və Leyla İslamova tərəfindən Bakı şəhərindəki 5 nömrəli “ASAN Xidmət” mərkəzinə edilib. Onlar Ədliyyə Nazirliyinin təqdim etdiyi nikah qeydiyyatı xidmətindən yararlanıb.

Ü.Mehdiyev İslamova ailəsinə hədiyyələr təqdim edib.