• 19 Aprel 2025
logo
ASAN Beynəlxalq Assosiasiyasının iclası keçiriləcək

ASAN Beynəlxalq Assosiasiyasının iclası keçiriləcək

Dekabrın 24-də Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT və ASAN Beynəlxalq Assosiasiyasının iclası keçiriləcək.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, iclasda assosiasiyanın nizamnaməsi təsdiq olunacaq:

“Beləliklə, “ASAN Xidmət” konsepsiyasının ixracı üçün daha bir platforma yaranacaq. Bu assosiasiyanın imkanları hesabına “ASAN Xidmət” konsepsiyasını daha çox ölkəyə ixrac edə biləcəyik. Hazırda bu konsepsiyanın reallaşdırılması 8 ölkədə davam edir. Əfqanıstanda artıq “ASAN Xidmət” işə başlayıb”.