• 25 Noyabr 2020
logo
Kənd təsərrüfatı turizminin inkişafına 500-ə qədər fermer cəlb ediləcək

Kənd təsərrüfatı turizminin inkişafına 500-ə qədər fermer cəlb ediləcək

Gələcəkdə "Şəhərdən kəndə" layihəsinə 500-ə qədər fermer cəlb ediləcək.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı dəyirmi masada deyib.

L.Məmmədova bildirib ki, 2021-ci ilə qədər "Şəhərdən kəndə" layihəsinə 500-ə qədər fermer cəlb ediləcək: "Alternativ vəsait hesabına bu məqsədə çatacağıq. Növbəti illərdə fermerlərə təlimlər keçiriləcək. Məqsədimiz Azərbaycanda fermerlərin gəlirlərinin daha da artmasıdır".

Onun sözlərinə görə, "Şəhərdən kəndə" layihəsinin yeni başlamasına baxmayaraq, layihəyə maraq böyükdür:

"Məqsədimiz ölkədə kənd təsərrüfatı turizmini inkişaf etdirməkdir. Bunun üçün fermerlərlə sıx işlənilməlidir. Fermerlərimizin imkanları məhduddur. Bu gün layihəyə cəlb edilmiş fermerlərimiz 100-dən çox yerli və xarici turist qəbul edəcəklər. Ölkədə kənd təsərrüfatı turizminin daha da inkişafı əsas məqsədlərdən biridir".