• 3 Dekabr 2020
logo
Bakıya 371 yeni avtobus gətirilib

Bakıya 371 yeni avtobus gətirilib

Bakı Nəqliyyat Agentliyi il ərzində ictimai nəqliyyat sahəsində gördüyü işlərlə bağlı hesabat yayıb.

Agentlikdən verilən məlumata görə, il ərzində şəhərdaxili nəqliyyat parkının yenilənməsi məqsədilə 371 yeni avtobus alınıb: "Şəhərdaxili marşrutlarda fəaliyyət göstərən 500 avtobus nağdsız ödəniş sisteminə keçib, 200 avtobus əsaslı təmir olunub, 8 yeni avtobus parkı (qaraj) istifadəyə verilib. Görülən işlər nəticəsində 10 marşrut xətti optimallaşdırılıb, paytaxtda 124 yeni dayanacaq pavilyonu quraşdırılıb".