• 28 Noyabr 2020
logo
Bakı-Tbilisi-Qars xəttinin Naxçıvanla birləşdirilməsi üçün Türkiyə ərazisində 280 km xətt tikilməlidir

Bakı-Tbilisi-Qars xəttinin Naxçıvanla birləşdirilməsi üçün Türkiyə ərazisində 280 km xətt tikilməlidir

Bakı-Tbilisi-Qars xəttinin (BTQ) Naxçıvanla birləşdirilməsi üçün Türkiyə ərazisində 280 km xətt inşa olunmalıdır və bunun üçün 2 mlrd. ABŞ dollara yaxın sərmayə tələb olunur.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, indiyə qədər Baki-Tbilisi-Qars dəmir yolu xətti ilə 300 min ton yük daşınıb.

Onun sözlərinə görə, hazırda bu xəttin daha intensiv işləməsi üçün işlər davam etdirilir:

“Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Eyni zamanda Qazaxıstan tərəfi ilə əlavə yüklərin bu dəmir yolu xətti ilə daşınması istiqamətində işlər aparılır”.

BTQ xətti ilə sərnişin daşımalarının təşkili ilə bağlı C.Qurbanov bildirib ki, bu istiqamət üzrə sərnişin qatarının sınaqı keçirilib və müvafiq sənədlər imzalanandan sonra sərnişin daşımalarına start veriləcək.