• 29 May 2022
logo
Bakı-Naxçıvan təyyarəsi texniki səbəbdən geri dönüb

Bakı-Naxçıvan təyyarəsi texniki səbəbdən geri dönüb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.