• 29 May 2022
logo
TBNM ilə Hövsan limanına ilk dəfə yük çatdırılıb

TBNM ilə Hövsan limanına ilk dəfə yük çatdırılıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Hövsan limanına ilk dəfə yük çatdırılıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) verilən məlumata görə, yükün daşınması ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə həyata keçirilib.
Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub.
Hazırda Hövsan limanının 6-cı körpüsündə konteynerlərin boşaldılması əməliyyatı həyata keçirilir.