• 27 May 2022
logo
Rusiya-Azərbaycan sərhədi yükdaşımaları üçün açılıb

Rusiya-Azərbaycan sərhədi yükdaşımaları üçün açılıb

Rusiya-Azərbaycan sərhədində yerləşən “Tağırkənt-Kazmalyar” beynəlxalq avtomobil buraxılış məntəqəsi yükdaşımalar üçün açılıb.
Federal Dövlət Təşkilatı “Rosgranstroy” xəbər verir ki, sərhəd keçidi 2020-ci ilin martında koronavirus pandemiyası səbəbindən bağlanıb. Belə ki, yaxın vaxtlara qədər Rusiya ilə Azərbaycan arasında yük avtomobillərinin keçidi yalnız bir keçid məntəqəsi – “Yaraq-Kazmalyar” vasitəsilə həyata keçirilirdi ki, bu məntəqə 2020-ci ilin iyulunda yenidənqurma işlərinə görə bağlanmışdı. Yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
“Taqirkent-Kazmalyar” keçid məntəqəsi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin arakəsmələrində yerləşir və yüklərin daşınmasının təmin edilməsində böyük strateji əhəmiyyətə malikdir. Yük daşımalarının açılması Rusiya və Azərbaycanın sərhədyanı rayonlarının inkişafı, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, nəqliyyat-logistika sisteminin optimallaşdırılması, yeni infrastruktur marşrutlarının yaradılması, cənub istiqamətində yükdaşımaların həcminin artırılması üçün vacib hesab edilir.
“Taqirkent-Kazmalyar” ildə 700 min tondan çox yükün sərhəddən keçirilməsinə imkan verəcək. Yüklərin daşınmasına effektiv nəzarətin təşkili məqsədilə “Rosqranstroy” cari ilin sonunadək portal yoxlama kompleksinin quraşdırılması üzrə pilot layihəni həyata keçirməyi planlaşdırır. Onun tətbiqi sərhəddə gömrük nəzarəti prosesini sürətləndirməyə və malların çatdırılma müddətini azaltmağa kömək edəcək.