• 28 May 2022
logo
Mərkəzi Bank: "Ölkədə qiymət artımı ilin sonunadək indiki səviyyədə qalacaq"

Mərkəzi Bank: "Ölkədə qiymət artımı ilin sonunadək indiki səviyyədə qalacaq"

"Bizim müxtəlif ssenarilər əsasında inflyasiya proqnozlarımız var. Bütün proqnozlar inflyasiyanın cari səviyyədə olacağını, hədəfin yuxarı həddinə doğru yaxınlaşacağını göstərir. Hökumətin antiinflyasiya proqramları bu prosesə təsir edir".
Bunu bu gün keçirilən mətbuat konfransında AMB-nin baş direktoru Vüqar Əhmədov bildirib.
O bildirib ki, AMB-nin inflyasiya proqnozu 4+-2%-dir: "Yuxarı hədd dedikdə 6% nəzərdə tutulur, amma ortamüddətli dövrdə 4%-ə yaxınlaşacağını düşünürük".