• 23 Noyabr 2020
logo
İnam Kərimov: Gələn ildən subsidiyalar elektron formada veriləcək

İnam Kərimov: Gələn ildən subsidiyalar elektron formada veriləcək

Gələn ildən subsidiyalar elektron formada veriləcək.
Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
O bildirib ki, bunun üçün elektron kənd təsərrüfatı sistemi artıq fəaliyyətə başlayıb: "Elektron kənd təsərrüfatı sistemində 420 mindən artıq sahibkar qeydiyyatdan keçib. 240 mindən çox fermer əkin sahələri barədə məlumatları elektron sistemdə bəyan edib ki, bu da subsidiyaların verilməsinin daha şəffaf keçirilməsinə şərait yaradacaq. Aqrar sahəyə dövlət dəstək verir və bu proses davam edir. Dövlət tərəfindən aqrar sahənin inkişafı üçün fermerlərə gübrə və subsidiyalar verilir".
Qeyd edək ki, bu gün Bakıda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminar işinə başlayıb.
Seminar, özəl sektor arasında 2030 Dayanıqlı İnkişaf Gündəliyi haqqında məlumatlılığı artırmaq və Azərbaycanda DİM-lərin tətbiq edilməsinin rolu və cəlb edilməsi üzrə dövlət və özəl sektor arasında müzakirəni asanlaşdırmaq məqsədi daşıyır.