• 27 May 2022
logo
Ağdamın su mənbələri təsdiqlənib

Ağdamın su mənbələri təsdiqlənib

İşğaldan azad olunan Ağdam şəhərində su mənbələri təsdiqlənib ki, burada subartezian quyularından istifadə olunacaq.
Bunu "Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, Ağdamda artıq iki kəşfiyyat quyusu qazılıb və burada kifayət qədər keyfiyyətli su mövcuddur.
"Fizuli və Cəbrayıl rayonlarında yeralti sularla bağlı texniki-iqtisadi əsaslandırma və keyfiyyət məsələləri ilə bağlı araşdırmalar davam etdirilir. Bu gün ASC-nin 4 nöqtədə fasiləsiz xidməti var - Şuşada, Hadrutda, Kəlbəcərdə və Zəngilanda",- deyə Anar Cəbrayıllı qeyd edib.
O həmçinin əlavə edib ki, Şuşa şəhərinin dayanıqlı su təchizatı ilə bağlı Daşaltı kəndindən bir qədər aralı yerləşən çayın qarşısında bənd tikiləcək ki, oradan Şuşa şəhərinə su veriləcək.