• 27 May 2022
logo
Nazir müavini: Pandemiya rəqəmsallaşmanın böyük əhəmiyyətini göstərdi

Nazir müavini: Pandemiya rəqəmsallaşmanın böyük əhəmiyyətini göstərdi

İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə reallaşdırdığı "Azərbaycanda müəssisələrin rəqəmsallaşmasının təşviqi" layihəsinin əsas məqsədi, pandemiyadan sonra kiçik və orta müəssisələrə dəstək olmaq və iqtisadiyyatın bərpasını təmin etməkdir.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının birgə təşkilatçılığı ilə "Azərbaycanda müəssisələrin rəqəmsallaşmasının təşviqi" ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri özəl şirkətlərə dəstək olmaqdır.
Nazir müavini qeyd edib ki, iki turbulent il İqtisadiyyatlara böyük təsir göstərdi, əmtəə qiymətlərinin artımına səbəb oldu, lakin bu baxımdan Azərbaycan öz liderlik mövqeyini göstərdi. Ölkədə iqtisadiyyatının tənəzzülünün qarşısı alındı və iqtisadiyyatın bərbası istıqamətində müxtəlif tədbirlər görüldü.
Sahib Məmmədov əlavə edib ki, pandemiya rəqəmsallaşmanın böyük əhəmiyyət daşıdığını göstərdi və ölkədə bu istiqamətin inkişafına dair müvafiq tədbirlər görülür.