• 26 May 2022
logo
AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft-qazın həcmi açıqlanıb

AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft-qazın həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 01 aprel 2022-ci il tarixinədək 587 mlrd. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə AÇG-dən 552 mln. tona yaxın neft, “Şahdəniz”dən isə 35 mln. tondan çox kondensat çıxarılıb.
Yataqlar istismara veriləndən 2022-ci ilin 01 aprel tarixinədək AÇG-dən 193 mlrd. kub metrdən çox, “Şahdəniz”dən isə 164 mlrd.kub metrə yaxın qaz hasil edilib.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən 112 mlrd. kub metrdən çox qaz ixraca nəql edilib”, - məlumatda vurğulanır.