• 21 May 2022
logo
Şuşa şəhərinin adından istifadə qaydası müəyyənləşir

Şuşa şəhərinin adından istifadə qaydası müəyyənləşir

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.19
Layihəyə əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:
- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;
- mükafatların və təltiflərin adlarında;
- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;
- kommersiya və reklam məqsədilə;
- əmtəə nişanlarında və coğrafi göstəricilərdə.
Həmin hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.