• 27 May 2022
logo
Bu il TANAP vasitəsilə 4 mlrd. kubmetr qaz Türkiyə və Avropa bazarına nəql olunub - Rövşən Nəcəf

Bu il TANAP vasitəsilə 4 mlrd. kubmetr qaz Türkiyə və Avropa bazarına nəql olunub - Rövşən Nəcəf

Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik Trans-Adriatik Qaz Boru Kəməri (TANAP) vasitəsilə istismara verildiyi tarixdən 1 aprel 2022-ci ilə qədər 26,13 milyard kubmetr təbii qaz nəql edilib.

Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini icra edən Rövşən Nəcəf özünün “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, cari ilin 1-ci rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub.