• 29 May 2022
logo
Avropada qazın qiyməti 1 100 dolları ötüb

Avropada qazın qiyməti 1 100 dolları ötüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
21 aprel tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) may fyuçerslərinin qiyməti 1 110 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,45% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.