• 9 Sentyabr 2024
logo
Naxçıvanda sığorta növləri üzrə daxilolmalar 15%-dən çox azalıb

Naxçıvanda sığorta növləri üzrə daxilolmalar 15%-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 1,369 mln. manat təşkil edib. "APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,3% azdır.
Rüb ərzində muxtar respublikada sığorta növləri üzrə daxilolmaların 335,8 min. manatını könüllü, 1,06 mln. manatını isə icbari sığorta təşkil edib.
Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 2,5% artıb, icbari sığorta üzrə ödənişlər isə 19,7% azalıb.