• 1 İyul 2025
logo
Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi artıb

Naxçıvanda əsas kapitala yönələn vəsaitin həcmi artıb

Naxçıvan Dövlət Statistika Komitəsi muxtar respublika üzrə əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb. "APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-mart aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 193 910,6 min. manat vəsait yönəldilib.
Bu göstərici 2021-ci ilin müvafiq göstəricisindən 1,2% çoxdur.