• 25 May 2022
logo
AZAL-da yoxlamalara başlanılıb

AZAL-da yoxlamalara başlanılıb

“Xarici kreditlərin qaytarılmaması ilə bağlı biz büdcənin icrasına dair rəydə daha geniş məlumatlar veririk”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, may ayında büdcənin icrası ilə bağlı layihəyə rəy hazırlayırlar: “Bizim rəylərimiz hazırlanarkən göstəririk ki, elə təşkilatlar var xidmətlərini belə öz gəlirləri hesabına qarşılamırlar. AZAL-da həftənin birinci günündən nəzarət tədbirlərinə başlanılıb. Nəticələri sizə təqdim edəcəyik. SOCAR-da hələ belə yoxlamalara başlamamışıq”.