• 27 May 2022
logo
Rusiyanın xarici borcunu rublla ödəməsi defoltdur

Rusiyanın xarici borcunu rublla ödəməsi defoltdur - "Moody’s"

Rusiyanın rublla həyata keçirdiyi dollar istiqrazları üzrə son ödənişləri ilə bağlı vəziyyət 30 gün ərzində dəyişdirilməsə, bu, defolt kimi qəbul ediləcək.
Bu barədə "Moody’s Investors Service" ("Moody’s") beynəlxalq kredit reytinq şirkəti bildirir. Agentliyə görə, bu şərh kredit reytinqində hər hansı bir dəyişikliyə işarə etmir. Lakin "Moody’s qeyd edib ki, Rusiyanın aprelin 4-də iki öhdəliyini rublla yerinə yetirmək qərarı ilkin müqavilələrlə müqayisədə ödəniş şərtlərinin dəyişdirilməsi deməkdir.
Bu səbəbdən, ödəmə müddəti 2022 və 2042-ci illərdə olan iki xarici istiqraz üzrə ödənişlər mayın 4-ə qədər lazımi formada edilməsə, bu, artıq defolt kimi qəbul ediləcək.