• 13 İyul 2025
logo
Britaniya Vahid Ələkbərov və Fərhad Əhmədova sanksiya tətbiq edib

Britaniya Vahid Ələkbərov və Fərhad Əhmədova sanksiya tətbiq edib - YENİLƏNİB

Böyük Britaniyanın sanksiya tətbiq etdiyi şəxslərin siyahısında Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun da adı var.
BBC xəbər verir ki, bundan başqa, “Surqutneftqaz”ın rəhbəri Vladimir Boqdanovun da adı bu gün açıqlanmış sanksiya siyahısına salınıb.
***
14:50

Böyük Britaniya Ukraynada davam edən müharibə ilə bağlı 206 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.
RİA Novosti xəbər verir ki, siyahıda Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, Ukraynanın “Müxalif platforma - Həyat naminə” partiyasının siyasi şurasının sədri Viktor Medvedçuk və s. şəxslər yer alıb.