• 26 May 2022
logo
Qarabağın yenidən qurulmasına I rübdə 346 mln. manat xərclənib

Qarabağın yenidən qurulmasına I rübdə 346 mln. manat xərclənib - Nazir 

Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsait 2,2 mlrd. manatdır, I rüb ərzində 346 mln. manat, yaxud 16%-ə yaxın hissəsi artıq icra olub.
Bu barədə maliyyə naziri Samir Şərifov Prezidentin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Onun sözlərinə görə, dövlət əsaslı vəsait qoyuluşu proqramının icrası da təxminən eyni faiz nisbətində təmin edilib və Prezident İlham Əliyevin tapşırıqlarının icrası təmin olunub.