• 25 May 2022
logo
Taleh Kazımov AMB-də gələcəkdə necə fəaliyyət göstərəcəyindən danışıb

Taleh Kazımov AMB-də gələcəkdə necə fəaliyyət göstərəcəyindən danışıb

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə qəbul edilməsi müzakirə edilib və məsələyə deputatlar müsbət rəy verib.
Komitə sədri Tahir Mirkişili iclasda müasir çağırışları nəzərə alaraq, xüsusən pandemiyadan sonrakı dövrdə Mərkəzi Bankın daha aktiv fəaliyyət göstərməsinin, informasiya texnologiyalarından daha çox faydalanmasının əhəmiyyətindən danışıb.
O, mövcud problemlərin həllində Milli Məclis, Hökumət və Mərkəzi Bankın qarşılıqlı əməkdaşlığının rolunu xüsusi qeyd edib.
İclasda iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib. Taleh Kazımov komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, Taleh Kazımovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib. Taleh Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.