• 25 May 2022
logo
Azərbaycan elektrik enerjisi idxalını 5%-dək azaldıb

Azərbaycan elektrik enerjisi idxalını 5%-dək azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı 3,9% artaraq 7 194,2 mln. kVt-saat təşkil edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.
Qeyd olunub ki, hesabat dövründə 508,4 mln. kVt-saat elektrik enerjisi ixrac edilib, bu da illik müqayisədə 0,3% çoxdur.
Məlumata görə, yanvar-mart aylarında Azərbaycan 30,7 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da 4,7% azdır.